"Atletik" 3 qırmızı vərəqə ilə tamaladığı səfər matçında qalib gəlib

La Liqada 34-cü həftənin açılış oyununda "Atletik Bilbao" "Hetafe" ilə qarşılaşıb.

Sportline.az xəbər verir ki, görüş baks təmsilçisinin 2-0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Bilbao"nun qələbə qollarını 27- və 51-ci dəqiqədə İnaki Uilliams vurub.Hər iki qolun asistini İnakinin qardaşı "Niko Uillimas"dan gəlib.

Qonaqların heyətində 58-ci dəqiqədə Yeray Alvarez və 79-cu dəqiqədə Aitor Paredes qırmızı vərəqə alaraq meydanı vaxtından əvvəl tərk ediblər. 85-ci dəqiqədə isə baş məşqçi Ernesto Valverde hakim tərəfindən cəzalandırılaraq tribunaya göndərilib.

Qeyd edək ki, xallarının sayını 61-ə çatdıran "Atletik" Avroliqaya vəsiqə verən 5-ci pillədədir. "Hetafe" 43 xalla 10-cudur.