Bivol çəki dərəcəsini dəyişir

Yarımağır çəkidə dünya çempionu Dmitriy Bivol çəki dərəcəsini dəyişməyə hazırlaşır.

Sportline.az xəbər verir ki, o, qüvvəsini ağır çəki dərəcəsində sınamaq niyyətindədir.

Bu haqda məşhur boksçunun komandasından TASS-a məlumat verilib.

Qeyd edək ki, Bvol son döyüşdə hakimlərin qərarı ilə Artur Beterbiyev üzərində qələbə çalaraq mütləq dünya çempionu tituluna yiyələnib.

İndi onun aktivində 12-si nokautla olmaqla 24 qələbə var.