"Boavişta" Kamranla yollarını ayırdı

Azərbaycan millisinin üzvü - Kamran Ağayev "Boavişta" ilə yollarını ayırıb. SportLine.az xəbər verir ki, bu barədə klubun rəsmi "Facebook" səhifəsi məlumat yayıb.

31 yaşlı qolkiperlə mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə qarşılıqlı razıkaşma ilə pozulub.

Qeyd edək ki, mövsümün əvvəlindən “Boavişta”da çıxış edən Kamran Ağayev çempionatda 12, ölkə kubokunda isə 2 oyunda meydana çıxıb.