"Sabah"ın İngiltərə planı
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda "Mançester Yunayted"lə qarşılaşacaq "Sabah"ın səfər planı açıqlanıb.
Sportline.az xəbər verir ki, Azərbaycan çempionu sabah çarter reysi ilə İngiltərəyə yollanacaq.
Baş məşqçi Valdas Dambrauskas sentyabrın 9-da, yerli vaxtla saat 19:30-da media qarşısına çıxacaq.
Komandanın açıq məşqi isə 20:00-da başlanacaq.
Qeyd edək ki, "Mançester Yunayted" - "Sabah" görüşünün start fiti sentyabrın 10-da, Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.