Boks üzrə yeni dünya çempionu məlum oldu

IBF versiyası üzrə yüngül çəki dərəcəsində yeni dünya çempionu müəyyənləşib.

Sportline.az xəbər verir ki, bu gün sözügedən titul uğrunda Avstraliyanın Pert şəhərində keçirilən döyüşdə Corc Kambosso ilə Vasili Lomaçenko üz-üzə gəlib.

Gərgin mübarizə vəd edən qarşılaşma 11-ci raundda Lomaçenkonun tam qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu, ukraynalı boksçunun 2021-ci ildən bəri ilk nokautla qələbəsidir.

Ümumilikdə isə bu, Lomaçenkonun peşəkar rinqdə 18-ci uğurudur.