Bombardirlik yarışında son vəziyyət - DÇ-2026
DÇ-2026-da bombardirlik yarışında Fransa millisinin hücumçusu Kilian Mbappe liderliyini qoruyur.
Sportline.az xəbər verir ki, o, hesabında 6 qol və 2 assistlə FIFA-nın Golden Boot (Qızıl buts) siyahısına başçılıq edir.
Argentina millisinin kapitanı Lionel Messi də 6 qola malik olsa da, qol ötürməsi olmadığı üçün 2-ci pillədə qərarlaşıb. İlk “3-lüy”ü isə 5 qolla Norveç yığmasının hücumçusu Erlinq Holann və eyni sayda qolu olan İngiltərə millisinin forvardı Harri Keyn tamamlayır.
1. Kilian Mbappe (Fransa) – 6 qol, 2 assist
2. Lionel Messi (Argentina) – 6 qol
3. Erlinq Haaland (Norveç) – 5 qol
4. Harri Keyn (İngiltərə) – 5 qol
5. Usman Dembele (Fransa) – 4 qol, 2 assist
6. Vinisius Junior (Braziliya) – 4 qol, 1 assist
7. İsmaila Sarr (Seneqal) – 4 qol, 1 assist.