"Bornmut" ispaniyalı mütəxəssislə yeni müqavilə imzalayıb
İngilətərə Premyer Liqa komandalarından "Bornmut" baş məşqçi İraola ilə yeni müqavilə imzalayıb.
Sportline.az klubun rəsmi saytına istinadla xəbər verir ki, İraolananın müqaviləsi 2025/2026 mövsümünün sonuna qədər uzadılıb.
41 yaşlı çalışdırıcı 2023-cü ildən "Bornmut"a rəhbərlik edir.
Qeyd edək ki, "Bornmut" Premyer Liqada 37 həftə sonra 48 xalla onbirinci pillədədir.