“Borussiya Dortmund” bu gün “Vilyareal”la qarşılaşacaq
UEFA Çempionlar Liqasının Liqa mərhələsində 5-ci tura start verilir.
Sportline.az xəbər verir ki, “Borussiya Dortmund” “Siqnal İduna Park”da “Vilyareal”la üz-üzə gələcək.
Heyətlərə nəzər saldıqda Niko Kovaçın komandasında əsas itki Niklas Süle və Rami Bensebainin adı bağlıdır.
“Vilyareal”da isə Pau Kabanes və Villi Kambvalanın yoxluğu baş məşqçi Marcelino Qarsiyanı narahat etməyə bilməz.
“Borussiya Dortmund” – “Vilyareal” oyunu bu gün Bakı vaxtı ilə saat 12-də başlanacaq.
Görüşün ədalət təmsilçisi italiyalı Davide Massa olacaq.