Dortmundda partlayış, "Borussiya" - "Monako" matçı təxirə salındı

22:28 (BAKI VAXTI). "Borussiya" (Dortmund) - "Monako" görüşü sabaha təxirə salınıb. Matç Bakı vaxtı ilə 20:45-də başlanacaq.


22:08 (BAKI VAXTI). "Borussiya" (Dortmund) - "Monako" matçından öncə partlayış qeydə alınıb. SportLine.az Almaniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə oyunun keçiriləcəyi "Siqnal İduna Park"a 10 km məsafədə, Dortmund təmsilçisinin avtobusunun yaxınlığında qeydə alınıb. Nəticədə, bir neçə şəxsin yüngül xəsarət aldığı bildirilir.

"Borussiya"nın futbolçusu Mark Bartranın da yaralandığı və xəstəxanaya aparıldığı deyilir. 

Hadisəyə görə oyun qeyri-müəyyən müddətə təxirə salınıb.


Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsi start götürəcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. 

"Mançester Siti"ni mübarizədən kənarlaşdıran "Monako" bu dəfə Dortmund "Borussiya" ilə münasibətləri aydınlaşdıracaq. Almaniyada keçiriləcək ilk görüş hər iki komanda cavab matçı üçün sərfəli nəticə qazanmağa çalışacaq.

11 aprel 2017
Çempionlar Liqası, 1/4 final

22:45. Borussiya (Dortmund, Almaniya) – Monako (Fransa)
Baş hakim:
 Daniel Orsato (İtaliya)