Bosniyalı futbolçu milli karyerasını başa vurub

"Beşiktaş", "Yuventus" və "Barselona" kimi klubların şərəfini qoruyan Miralem Pyaniç milli komanda karyerasını başa vurub.

Sportline.az xəbər verir ki, Pyaniç 2008-ci ildən Bosniya millisində çıxış edirdi. Milli komanda ilə 115 oyunda iştirak edən yarımmüdafiəçinin aktivində 17 qol və 29 məhsuldar ötürmə var.

Qeyd edək ki, 34 yaşlı futbolçu karyerasını Birləşmiş Ərəb Əmirliklərinin "Sharjah" klubunda davam etdirir.