NBA-da 1/4 finalın növbəti oyunları olacaq

NBA-da 1/4 final həyəcanı davam edir.

Sportline.az xəbər verir ki, seriyada 3-1 hesabı ilə irəlidə olan "Boston Seltiks" "Klivlend Kavaliers"lə qarşılaşacaq.

Görüş sabah saat 03:00-da başlanacaq.

Maraqla gözlənilən digər oyunda "Oklahoma Siti Tander" "Dallas Mevriks"i sınağa çəkəcək.

Burada 4 oyundan sonra seriyada hesab bərabərdir.2-2.

Matç sabah 05:30-da start götürəcək.

Qeyd edək ki, seriyada 4 qələbəyə çatan ilk komanda adını Konferans finalına yazdıracaq.