Böyük həyəcana 50 gün qaldı

Almaniyanın ev sahibliyi edəcəyi 2024-cü il Avropa Çempionatının başlamasına 50 gün qaldı.

Sportline.az xəbər verir ki, 14 iyun-14 iyul tarixlərində Almaniyanın 10 şəhərində keçiriləcək AVRO:2024 50 gün sonra Almaniya-Şotlandiya oyunu ilə start görürəcək.

Oyunlar Berlin, Köln, Münhen, Frankfurt, Hamburq, Dortmund, Leptziq, Qelsenkirxen, Ştutqart və Düsseldorf şəhərlərində keçiriləcək.

AVRO:2024-ün qrup oyunları 26 iyunda başa çatacaq və 29 iyun tarixindən etibarən 1/8 final oyunları başlanacaq.

5-6 iyul tarixlərində ¼ final, 9-10 iyul tarixlərində isə yarımfinal oyunları baş tutacaq.

Qalibinin adına isə iyulun 14-də “Berlin Olimpiya Stadion”unda aydınlıq gələcək.