“Brayton” iki futbolçu ilə müqaviləni uzadıb

Premyer Liqa komandalarından "Brayton" 2 futbolçusu ilə yeni müqavilə imzalayıb.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, bunlar 38 yaşlı Ceyms Milner və 33 yaşlı Deni Velbekdir.

Milnerin yeni müqaviləsi 2025-ə, Deni Velbekin yeni müqaviləsi isə 2026-cı ilə qədərdir.

Qeyd edək ki, Ceyms Milner 2023-cü ildən "Brayton"un şərəfini qoruyur. 
Deni Velbek 2020-ci ildə "Uotford"dan heyətə cəlb olunub.