"Brayton" yaponiyalı futbolçusunu satacaq

"Brayton"un yaponiyalı futbolçusu Kaoru Mitoma klubdan ayrılacaq.

Sportline.az insayder David Ornşteynin məlumatına istinadən xəbər verir ki, "Əl-Nəsr" Mitoma üçün "Brayton"a 65 milyon avro təklif edib.

27 yaşlı futbolçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Mitoma bu mövsüm çıxış etdiyi 25 matçda 5 qol və 3 asistlə yadda qalıb.