Braziliya millisinin üzvü Səudiyyə Ərəbistanına yollana bilər
"Tottenhem" və Braziliya millisinin hücumçusu Rişarlison "Əl Hilal"ın transfer hədəfindədir.
Sportline.az Championat.com-a istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanında mövsümü çempion tamamlayan "Əl Hilal"ın növbəti hədəfi Rişarlisondur.
"Daily Mail"in xəbərinə görə "Əl Hilal" "Totenhem"ə 27 yaşlı futbolçunun transferi üçün müraciət edib.
İngiltərə klubunun da bu transferə müsbət baxdığı bildirilir.
Qeyd edək ki, Rişarlison bu mövsüm London klubu ilə çıxdığı 31 oyunda 12 qol vurub, 4 asist edib.