Brazilya millisinin üzvü "Mançester Siti"yə keçə bilər
“Vest Hem” və Braziliya yığmasının yarımmüdafiəçisi Lukas Paketanın Mançesterə keçidi gündəmdədir.
Sportline.az "Relevo"ya istinadən xəbər verir ki, “Mançester Siti” 27 yaşlı futbolçunun transferi üçün danışıqlara başlayıb.
London klubu bu keçidə görə 57-68 milyon avro aralığında məbləğ tələb edir. Paketa ötən mövsüm meydana çıxdığı 36 qarşılaşmada 5 dəfə fərqlənib. Onun “Vest Hem”lə müqaviləsi 30 iyun 2027-ci ilə kimi qüvvədədir.
Təcrübəli yarımmüdafiəçi daha əvvəl “Flamenqo”, “Milan” və “Lion”da da çıxış edib.