"Brendford"un futbolçusu "Liverpul"un radarına düşüb

"Liverpul" mövsümün sonunda müqaviləsi bitəcək Mohammed Salahın yerinə "Brendford" forması geyinən Brayan Mbeumonu transfer etmək istəyir.

Sportline.az xəbər verir ki, bu barədə Sky Sport nəşri məlumat yayıb.

25 yaşlı kamerunlu hücumçu bu mövsüm Premyer Liqada 4 oyunda 3 qol vurub. 

2019-cu ildən "Brendford"un formasını geyinən Mbeumonun transfer dəyəri 40 milyon avrodur.

Qeyd edək ki, bu günə qədər "Brendford"la 204 oyuna çıxan futbolçu aktivinə 53 qol və 42 asist yazdırıb.