"Brentford"un futbolçusu "Liverpul"un transfer syahısında yer alıb

"Brentford"un irlandiyalı futbolçusu Natan Kollins "Liverpul"un transfer hədəfindədir.

Sportline.az "Give Me Sport"a istinadən xəbər verir ki, Mersisayd klubu futbolçunu yaxından izləyir.

24 yaşlı stoperin dəyəri "Transfermarkt" portalına görə, 28 milyon avrodur.

Qeyd edək ki, N.Kollinsin "Brentford"la müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.