Brunu Fernandeş Portuqaliyanın hədəfini açıqladı

Portuqaliya millisinin yarımmüdafiəçisi Brunu Fernandeş milli komandanın AVRO:2024-lə bağlı hədəfindən söz açıb.

Sportline.az xəbər verir ki, təcrübəli futbolçu pley-offa adlamaqla kifayətlənməyəcəklərini bildirib.

Fernandeş əsas məqsədlərinin kuboka yiyələnmək olduğunu deyib.

"Qrup oyunlarından lazımı nəticə çıxarmışıq. İndi hər şey başqa cür olacaq. Bura pley-offdur. Hər oyunda qalib gəlmək, finala yüksəlmək istəyirik. Orada isə hədəf çempionluqdur", - deyə Fernandeş UEFA-nın saytına fikrini açıqlayıb. 

Qeyd edək ki, Portuqaliya - Sloveniya matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.