"Bu cür azarkeşlərin qarşısında oynamağı sevirəm" - Diakabi

"Çox yaxşı oyun oldu. Qələbə qazandıq. Qarşıda bir oyunumuz da var. Əlimizdən gələni edəcəyik ki, növbəti mərhələyə yüksələk".

Sportline.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Adama Diakabi Konfrans Liqasının pley-off mərhələsində "Gent"ə 1:0 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra jurnalistlərə açıqlamasında deyib. 

O, azarkeşlərin dəstəyini hiss etdiyini vurğulayıb: "Elə futbolçuyam ki, belə azarkeşlərin qarşısında oynamağı sevirəm. Oyuna daxil olarkən azarkeşlərin mənim üçün etdikləri xoşuma gəldi. Bu hərəkət motivasiya oldu. "Qarabağ" azarkeşləri çox yaxşıdır. Komanda yoldaşlarım oyuna çıxmamışdan öncə onlar haqqında mənə məlumat vermişdilər. Azarkeşlərin qarşısında oyun keçirməyi həyacanla gözləyirdim". 

Diakabi "Gent"lə cavab görüşündə əsas heyətdə oynayıb-oynamayacağı ilə bağlı söyləyib: "Bu, baş məşqçinin qərarıdır. O, mənə formamı yığmağa kömək edir. Addım-addım bunun üzərində çalışıram. Baş məşqçinin qərarına əsasən komandama daha çox kömək olmağa çalışacağam".

Qeyd edək ki, "Qaabağ"la "Gent" arasındakı cavab görüşü fevralın 23-də Belçikada olacaq. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Banner