“Bu futboldur, hakimin son fitinə qədər heç nə bitmir”
Çempionlar Liqasının ilk turunda “Yuventus” evdə “Borussiya” ilə 4:4 hesablı heç-heçə edib.
Sportline.az xəbər verir ki, Turin klubunun baş məşqçisi İqor Tudor qarşılaşmadan sonra açıqlama verib. O, komandasının müdafiədəki səhvləri üzərində işləməli olduğunu bildirib:
“İkinci hissədə səkkiz qolun vurulduğu matçı necə şərh edə bilərəm? Zarafat bir yana, izah etmək çətindir. Bu futboldur, hakimin son fitinə qədər heç nə bitmir", - deyə İ.Tudor bildirib.