UEFA Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi bilindi

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.

Sportline.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında atılan püşkün nəticəsinə əsasən, Azərbaycan çempionunun rəqibi "Nyukasl" olub.

Komandamız ilk oyunu evdə, cavab görüşünü səfərdə keçirəcək. Pley-off mərhələsinin qarşılaşmaları fevralın 17-18-i və 24-25-də keçiriləcək.

"Köhlən atlar" bu raundu adlasa, 1/8 finalda "Barselona" və ya "Çelsi" ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22-ci pillədə başa vurub.