Bu klub 30 ildir əyri meydanda oynayırmış
Argentinanın “Liniers” klubunun 30 illik sirri açılıb. SportLine.az xəbər verir ki, sən demə, 5-ci divizionda yarışan bu komanda əyri meydanda oynayırmış. Havadan çəkilən şəkildə daha çox trapesiyanı xatırladan meydanı qaydaya salmaq üçün kluba dekabrın 15-ə kimi vaxt verilib. Qeyd edək ki, “Liniers”in sirri Google Maps-dakı aerofotolara baxarkən açılıb.