"Bu yarış karyeramın ən vacib veloyürüşüdür"

"İlk dəfədir Azərbaycandayam. Bu yarışı əvvəllər izləmişəm. "Tour d'Azerbaidjan"a qatıldığım üçün özümü xoşbəxt sayıram". SportLine.az xəbər verir ki, bu sözləri İsrailin "Cycling Academy" komandasının üzvü Zoar Hadari deyib.

"Tour d'Azerbaidjan"ı karyerasının ən vacib veloyürüşü kimi dəyərləndirən sprinter, "Güclü idmançılarla mübarizə aparacağıq. Rəqabət ən yüksək səviyyədədir. Bizi maraqlı mübarizə gözləyir. Komandamız uzun müddətdir bu yürüşə hazırlaşır. Ümid edirəm, əziyyətimizin bəhrəsini görəcəyik", - deyib.

SportLine.az | Velotur

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib.