"Bu yolda kəlləmizi qoymuşuq"

Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" Klubunun İdarə Heyətinin başkanı Emin Adanur sosial media hesabından iddialı açıqlama verib.

Sportline.az xəbər verir ki, klub rəhbəri "twitter"dəki paylaşımında transferlərin bitdiyini, artıq birləşib komandaya dəstək olmaq vaxtının çatdığını bildirərək, maraqlı iddia səsləndirib: 
"Biz "Bursaspor"u Superliqaya çıxarmaq üçün kəlləmizi qoyduq. Bu yolda yuxusuz, fədakarca çalışmağa davam edəcəyik".

 

Qeyd edək ki, Türkiyənin birinci liqa təmsilçisi yay transfer dövründə 17 futbolçunu sıralarına qatıb, ancaq sonradan onlardan 2-dən (Ozan Sol və millimizin sabiq üzvü Ufuk Budak) imtina edib.