Buffondan emosional paylaşım

Corco Kyellinin karyerasını başa vurmasına Canluici Buffon da biganə qalmayıb.

Sportline.az xəbər verir ki, "Yuventus"un sabiq kapitanı bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

"Corcone, minlərlə döyüşdəki yoldaşım, karyeramızın böyük hissəsini birgə keçmişik. Birgə döyüşüb, birgə yıxılıb, birgə qələbə qazanmışıq. Həm meydanda, həm də, ondan kənarda əsl lider idin. Gələcəkdə sənə uğurlar, dostum!".

Qeyd edək ki, Kyellini 2005-2022-ci il "Yuventus"un formasını geyinib. Onun son klubu isə ABŞ-nin "Los-Anceles" klubu olub.