"Bundestim" Bakıda məşqə çıxdı
DÇ-2018-in təsnifat mərhələsində sabah Azərbaycan millisi ilə qarşılaşacaq Almaniya seçməsi oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunda oyunöncəsi son məşqinə çıxıb. SportLine.az xəbər verir ki, məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub. Məşqdə Bakıya gələn 21 futbolçunun hamısı iştirak edib.
Onların arasında İngiltərə ilə yoldaşlıq görüşündə iştirak etməyən 4 oyunçu, o cümlədən, Məsut Özil də olub. Açıq məşqi 200-dək şəxs, o cümlədən, çoxsaylı jurnalist izləyib.
Qeyd edək ki, Azərbaycan - Almaniya matçı sabah saat 20:00-da başlanacaq.