"Bursaspor"un yeni stadionuna "Azərbaycan" adı verilə bilər
Türkiyənin "Bursaspor" klubunun yeni stadionu "Azərbaycan Arena" adlandırıla bilər. SportLine.az sporx.com saytına istinadən xəbər verir ki, bunu klub prezidentliyinə namizədlərdən biri olan Timur Noyan bəyan edib.
Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı ölkə rəhbərliyi ilə danışıqlar aparılır.