Buskets 700-ə çatdı
İspaniyalı yarımmüdafiəçi Serxio Buskets "Barselona"da 700-cü matçına çıxıb.
Sportline.az xəbər verir ki, onun yubileyi İspaniya Super Kubokunun yarımfinalının "Betis"lə matçında təsadüf edib. Oyuna ehtiyat oyunçular skamiyasında başlayan Buskets 63-cü dəqiqədə meydana daxil olub.
2008-ci ildən "Barselona"da çıxış edən 34 yaşlı futbolçu klubda ən çox oyun keçirən 3-cü futbolçudur.
Oyun sayında rekordçu hazırda PSJ-də çıxış edən Lionel Messidir. Argentinalı hücumçu "Barselona" formasıyla 778 görüşdə iştirak edib. İkinci isə komandanın sabiq kapitanı, hazırda Kataloniya təmsilçisini çalışdıran Xavidir - 767 matç