CAR - Kanada matçının ən yaxşısı seçildi
DÇ-2026-nın 1/16 finalında keçirilən Cənubi Afrika Respublikası (CAR) - Kanada matçının (0:1) ən yaxşı oyunçusu bəlli olub.
Sportline.az FİFA-nın saytına istinadən xəbər verir ki, Kanadanın heyətində Stiven Euştakiu oyunun ən yaxşısı adına layiq görülüb.
Sözügedən futbolçu oyunda vurulan yeganə qolu vuraraq komandasının 1:0 hesablı qələbəsində böyük pay sahibi olub.