Cavid Hüseynov azadlıqda!

Milli komanda və "Qəbələ" klubunun sabiq futbolçusu Cavid Hüseynov azadlığa buraxılıb. Bu haqda futbolçunun vəkili Adəm Məmmədov öz facebook hesabında məlumat verib: "Növbəti möhtəşəm qələbə! Tərəfimdən verilmiş apellyasiya şikayəti təmin olunaraq, "Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynov azadlığa buraxıldı" . Xatırladaq ki, Cavid Hüseynov jurnalist Rasim Əliyevin qətl işi ilə bağlı azadlıqdan məhrum olunmuşdu.

Banner