Cavid Hüseynov "Qəbələ"də
Yenicə həbsdən azad olunan Cavid Hüseynov yenidən "Qəbələ" klubunun şərəfini qoruyacaq. SportLine.az klubun saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi "radarlarla" mövsümün sonunadək müqavilə bağlayıb. Sabahdan məşqə qatılacaq futbolçunun ölkə çempionatı və ölkə kuboku yarışlarında iştirakı üçün Peşəkar Futbol Liqasına müraciət olunub. Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçi 2014-2015-ci illərdə "Qəbələ"nin heyətində 40 oyun keçirib və 15 qol vurub.