Cavid Hüseynov 446 gün sonra meydanda

"Qəbələ"nin futbolçusu Cavid Hüseynov 446 gün sonra yenidən meydana çıxıb. SportLine.az xəbər verir ki, futbolçu Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində keçirilən "Sumqayıt"a qarşı görüşün 83-cü dəqiqəsində oyuna daxil olub.

Cavid sonuncu dəfə 2015-ci il avqustun 6-da “Qəbələ” forması geyinib.

Həmin gün yarımmüdafiəçi komandasının Avropa Liqasının III təsnifat mərhələsinin “Apollon”la cavab görüşündə iştirak edib. Vurduğu qolla 1:0 hesablı qələbədə pay sahibi olan Hüseynov 14 aylıq fasilədən sonra yenidən heyətdə yer alıb.

Banner