"Cavidin əvvəlki formasını bərpa etməsi üçün əlimizdən gələni edirik"

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqanın 9-cu turunda “Sumqayıt”la keçirilən oyundan (2:2) sonra jurnalistlərin suallarını cavablandırıb.

- Qapınızdan keçən hər iki qolu "Qəbələ”nin yetirmələri vurub. Bu hal sizi sevindirir?

- Futbolçu üçün qol vurmaq hər zaman xoşdu. Mən həmin futbolçuları təbrik edirəm. Nəticəyə gəlincə, buna "şərhsiz” cavabı vermək istəyirəm.
 
- Məhəmməd Mirzəbəyovun oyunundan razı qaldınız?

- Heç bir oyunçu ilə bağlı fikir bildirmək istəmirəm. Bu, bizim daxili işimizdi. Ancaq bu oyunda futbolçularımdan razı qaldım. 
 
- Penalti epziodu ilə bağlı nə deyə bilərsiniz?

- Hakimliklə bağlı danışmaq istəmirəm. Bu sualı başqalarına verməlisiniz. Mən bu barədə danışmayacam.
 
- Cavid Hüseynov oynamaq üçün tam hazırdımı?

- Cavid qayıtdığı üçün çox şadam. İnanıram ki, o, əvvəlki formasını bərpa edəcək.  Onun əvvəlki formasını bərpa etməsi üçün əlimizdən gələni edirik.
 
- Oyunun bu günə salınmasını "Qəbələ” özü istəmişdi?

- Bizim üçün 2-3 gündən bir oyun keçirmək çox çətindi. Biz təklif olunan təqvimdən heç vaxt şikayətlənmirik. Sıx təqvimdə oynamağa öyrəşməmişik.

Mənbə: Futbol11.az

Banner