Cəbrayılda futbol festivalı keçirilib

AFFA-nın təşkilatçılığı, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin dəstəyi ilə şanlı qələbəmizin 5 illik yubileyi münasibətilə işğaldan azad edilmiş Cəbrayıl şəhərində bayram festivalı təşkil olunub.

Sportline.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbir Cəbrayıl şəhər Mehdi Mehdizadə adına tam orta məktəbin futbol meydançasında baş tutub.

Festivalda 20-dən çox uşaq iştirak edib. Bayram əhval-ruhiyyəsində keçən tədbir zamanı uşaqlar futbol oyunlarında iştirak edib, əyləncəli vaxt keçiriblər.

Tədbirin sonunda uşaqlara AFFA tərəfindən futbol topları hədiyyə olunub. Hədiyyələr Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Anar Əkbərov, AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov, Cəbrayıl şəhər Mehdi Mehdizadə adına tam orta məktəbin direktoru Şəlalə Qasımlı tərəfindən təqdim edilib.