Cerdan Şakiri doğma klubuna qayıdıb

MLS klublarında "Çikaqo Fayr"dan ayrılan Cerdan Şakirinin yeni klubu məlum olub.

Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, 32 yaşlı futbolçu 12 ildən sonra yenidən yetirməsi olduğu "Bazel"ə qayıdıb.

Ulduz oyunçu İsveçrə klubu ilə 2027-ci ilə qədər müqavilə imzalayıb.

Ötən mövsüm MLS-də 12 oyuna çıxan futbolçu bu matçlarda 2 qol və 1 asistə imza atıb.

Qeyd edək ki, Şakiri AVRO 2024-də millisi İsveçrə millisinin heyətində 4 oyunda 1 qol vurub.