Xerdan Şakiri MLS klubundan ayrılıb

MLS klublarından "Çikaqo Fayr" isveçrəli oyunçu Xerdan Şakiri ilə yollarını ayırıb.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, 32 yaşlı futbolçu ilə müqaviləyə xitam verilib.

Şakiri 2022-ci ildən ABŞ klubunda çıxış edirdi.

Hücumçu 2024-cü ildə komandası ilə keçirdiyi 12 oyunda 2 qol və 1 asistə imza atıb.

Qeyd edək ki, Şakiri daha əvvəl millidəki karyerasını başa vurduğunu açıqlamışdı.