Cerrard "Liverpul"a qarşı oynamaq istəmir

"Liverpul"un sabiq kapitanı Stiven Cerrard Avropaya qayıtmağı düşünür. SportLine.az "Sun" nəşrinə istinadən xəbər verir ki, futbolçu Amerika Milli Çempionatında mövsüm yekunlaşdığından Avropa klublarının birində icarə əsasında forma geymək niyyətindədir. 

Artıq bəzi Premyer Liqa klublarının onun xidmətində maraqlı olduğu deyilir. Bu xəbərlərə münasibət bildirən Cerrard, "Çox güman ki, Premyer Liqada çıxış etməyəcəyəm. "Liverpul"a qarşı oynamaq istəmirəm", - deyə bildirib.

Qeyd edək ki,  36 yaşlı yarımmüdafiəçi 2015-ci ilədək "mersisaydlılar"ın şərəfini qoruyub. Futbolçu son iki mövsümü "Los Anceles Qalaksi"də keçirib.