Çağırış Kuboku: Azərbaycan təmsilçisi 1/8 finala vəsiqə qazanıb

Kişi voleybolçulardan ibarət "Murov" klubu Çağırış Kubokunda növbəti oyununu keçirib.

Sportline.az xəbər verir ki, Fərid Cəlalovun baş məşqçi olduğu komanda 1/16 finalda Avstriyanın "UVC Qrats" kollektivi ilə cavab matçına çıxıb. Bakı Voleybol Mərkəzində oynanılan görüş Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb - 3:0 (25:13, 25:12, 25:23).

Bu arenada baş tutan ilk qarşılaşmada da "Murov" rəqibini eyni hesabla məğlub edib. Komanda iki görüşün nəticəsinə əsasən adını 1/8 finala yazdırıb.

Qeyd edək ki, "Murov" 1/32 final mərhələsində Xorvatiyanın "Kitro Varazdin" komandasını mübarizədən kənarlaşdırıb.

Çağırış Kuboku

1/16 final, cavab oyunu

9 noyabr

18:00. "Murov" (Azərbaycan) - "UVC Qrats" (Avstriya) - 3:0 (25:13, 25:12, 25:23)

İlk oyun - 3:0

Bakı Voleybol Mərkəzi