“Çelsi” 65 milyon avro tələb edir
“Çelsi” fransalı futbolçusu Kristofer Nkunku üçün 65 milyon avro tələb edir.
Sportline.az “The Athletic” nəşrinə istinadən xəbər verir ki, “Bavariya” Nkunkunu transfer etmək üçün “Çelsi” ilə danışıqlara başlayıb.
27 yaşlı forvard “Bavariya”da çıxış etmək fikrinə müsbət yanaşır.
Qeyd edək ki, Nkunku bu mövsüm meydana çıxdığı 28 rəsmi matçda 13 qol və 4 asistlə yadda qalıb.