"Çelsi" "Aston Villa"ya 45 milyon avro təklif edib

"Aston Villa"nın argentinalı qapıçısı Emilyano Martinez bu yay klubdan ayrılacağı dəqiqləşib.

Sportline.az "Mirror" nəşrinə istinadən xəbər verir ki, "Çelsi" 32 yaşlı kiper üçün Birmingem klubuna 45 milyon avro təklif edib.

Martinez bu mövsüm meydana çıxdığı 53 matçda qapısında 61 top görüb.

Qeyd edək ki, təcrübəli futbolçunun "Aston Villa" ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.