“Çelsi” “Ayaks”la üz-üzə gələcək

UEFA Çempionlar Liqasının Liqa mərhələsində 3-cü turun oyunları davam edir.

Sportline.az xəbər verir ki, “Çelsi” “Stemford Bric”də “Ayaks”la üz-üzə gələcək.

London klubunda itkilərin sayı çoxdur. Enzo Fernandez, Benua Badiaşili, Levi Kolvil, Kol Palmer, Dario Essuqo, Liam Delap zədə, Joao Pedro isə cəza səbəbindən matçı buraxmalı olacaq.

“Ayaks”da Kasper Dolberq, Oven Vindal və Branko van den Boomen zədəlidir.

Qeyd edək ki, “Çelsi” – “Ayaks” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Oyunun ədalət təmsilçisi almaniyalı Feliks Zvayer olacaq.