“Çelsi” – “Barselona”: Düşərgələrdəki vəziyyət

UEFA Çempionlar Liqasının Liqa mərhələsində 5-ci tura start verilir.

Sportline.az xəbər verir ki, “Çelsi” “Stemford Bric”də “Barselona” ilə üz-üzə gələcək.

“Zadəganlar”da əsas itki Koul Palmer, Levi Kolvill, Romeo Lavia və Dario Essuqonun adı ilə bağlıdır.

Kataloniya klubunda isə qapıçı Mark Andre Ter-Ştegen, Qavi Pedri zədədən əziyyət çəkir.

Qeyd edək ki, “Çelsi” – “Barselona” matçın söz sahibi sloveniyalı Slavko Vinçiç olacaq.

Görüş Bakı vaxtı ilə saat 12-də başlanacaq.