"Çelsi" "Barselona"dan futbolçu alır
"Çelsi"nin yeni transfer hədəfi bəlli olub.
Sportline.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, "Barselona"nın ispaniyalı futbolçusu Fermin Lopez "Çelsi"nin maraq dairəsindədir.
London klubu 22 yaşlı yarımmüdafiəçi üçün 50 milyon avroluq təklif hazırlayır.
Qeyd edək ki, "Barselona" klubuda "Çelsi"dən Nkunkunu transfer etmək istəyir.