“Barselona” “Çelsi”yə boyun əydi
UEFA Çempionlar Liqasının Liqa mərhələsində V tura start verilib.
Sportline.az xəbər verir ki, turun ilk oyun günündə 9 qarşılaşma baş tutub.
"Qarabağ"ın rəqiblərindən "Ayaks" evdə "Benfika"ya məğlub olub. Türkiyə klublarından "Qalatasaray" doğma meydanda "Yunion"a uduzub.
"Mançester Siti" evdə "Bayer 04" ilə bacarmayıb, "Barselona" isə səfərdə "Çelsi"nin müqavimətini qıra bilməyib.