"Çelsi" braziliyalı futbolçunu icarəyə göndərib
"Çelsi" yarımmüdafiəçisi Andre Santosu 2024/2025 mövsümünün sonuna kimi icarə əsasında "Strazburq"a göndərib.
Sportline.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.
20 yaşlı futbolçu ötən mövsümün 2-ci dövrəsini də Fransa klubunda keçirib. O, iştirak etdiyi 11 oyunda 1 qol vurub.
Futbolçu yeni klubuna qoşulmaq üçün ABŞ-də hazırlıqlarını davam etdirən Çelsinin düşərgəsini tərk edib.