“Çelsi dünyanın ən yaxşı komandalarından biridir”

Çempionlar Liqası oyunu öncəsi "Barselona"nın çalışdırıcısı Hansi Flik “Çelsi”yə yüksək qiymət verib.

Sportline.az xəbər verir ki, 60 yaşlı alman mütəxəssis belə deyib:

“Çelsi dünyanın ən yaxşı komandalarından biridir. Bu klubda gedən inkişaf və dəyişikliklər möhtəşəmdir. Onların çox yaxşı gənc futbolçuları və əla baş məşqçisi var. Gördükləri işi çox bəyənirəm. Gənc, amma istedadlı komandadır", - deyə Hansi Flik bildirib.