"Çelsi" futbolçusuna astronomik qiymət qoydu
"Çelsi"nin argentinalı futbolçusu Enzo Fernandez "Real Madrid"in maraq dairəsindədir.
Sportline.az "Transferdot.com" saytına istinadən xəbər verir ki, London klubu Enzo Fernandez üçün 200 milyon avro tələb edir.
24 yaşlı yarımmüdafiəçinin "Çelsi" ilə müqaviləsi 2032-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Enzo Fernandez bu mövsüm çıxış etdiyi 42 matçda 7 qol 13 asistlə yadda qalıb.