"Çelsi" futbolçusunu sata bilər

Ötən mövsümü "Borussiya Dortmund"da icarə əsasında keçirən ingiltərəli futbolçu Karney Çukvuemeka karyerasını "Leipziq"də davam etdirə bilər.

Sportline.az jurnalist Filipp Hinzenin məlumatına istinadən xəbər verir ki, Almaniya klubu 21 yaşlı futbolçu üçün "Çelsi" ilə danışıqlara başlayıb.

Çukvuemeka daha çox oynaya biləcəyi kluba transfer olmaq istəyir. Bu səbəbdən London klubundan ayrılmaq fikrindədir.

Qeyd edək ki, sözü gedən futbolçu ötən mövsüm meydana çıxdığı 22 matçda 1 qolla yadda qalıb.