"Çelsi" heyətini niderlandlı futbolçu ilə gücləndirib
Yorrell Hato rəsmi olaraq “Çelsi”nin heyətinə qoşulub.
Sportline.az xəbər verir ki, London klubu 19 yaşlı müdafiəçini “Ayaks”dan transfer etdiyini açıqlayıb. Gənc futbolçu ilə 2032-ci ilə qədər uzunmüddətli müqavilə imzalanıb.
Byu transfer “Çelsi”yə bonuslar nəzərə alınmadan 43,5 milyon avroya başa gəlib.
Xatırlatma: Hato ötən mövsüm Hollandiya çempionatında (“Erediviziya”) 31 oyuna çıxıb, 2 dəfə rəqib qapılarına yol tapıb və 6 məhsuldar ötürmə verib.